left right
 
LAYİHƏLƏR
 
Əzizbəyov dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanının avtomobil yolu


«Zaqatala» hava limanı


Lənkaran hava limanı

«AZVİRT» MMC 1995-ci  ildə yaradılmışdır. Müəssisənin əsas fəaliyyət sahəsi avtomobil yollarının və hava limanlarının uçuş-enmə zolaqlarının tikintisi və təmirindən, yol-inşaat materiallarının istehsalından ibarətdir. Fəaliyyət göstərdiyi ilk gündən müasir texnologiyalardan istifadə etməklə topladığı çoxillik təcrübədən yararlanaraq, habelə yüksək peşəkarlıq sayəsində «AZVİRT» MMC tezliklə Azərbaycanın ən etibarlı şirkətlərindən birinə çevrilmişdir.


«AZVİRT» MMC güjlü istehsalat bazasına: Almaniya istehsalı olan «WİBAU» (məhsuldarlığı 200 ton/saat), «LİNTEC» CSD 2500/5/50 (160 ton/saat), «LİNTEC» CSD 1500/4 (120t/saat) və SİM CB 210 (210 ton/saat) markalı asfaltqarışdırıcı qurğularına, 3  ədəd daşdoğrayan-çeşidləyən qurğuya, xariji ölkə istehsalı olan 8 ədəd asfaltdöşəyənlərdən, vərdənələrdən, avtoqreyderlərdən, 10 ədəd BMK – 832, 10 ədəd BMK – 280 markalı yükünü özüboşaldan maşınlardan, yol frezlərindən, bitumdaşıyan, sementdaşıyan maşınlardan, yükləyicilərdən və s. xüsusi yol – tikinti texnikasından ibarət olan maşın-mexanizm parkına malikdir.


«AZVİRT» MMC yüksək ixtisaslı kadr potensialına malikdir. Müəssisədə  yol təsərrüfatı sahəsində yüksək hazırlıq səviyyəsi olan peşəkarlar çalışır.  Kadrların hazırlanması, təkmilləşdirilməsi müəssisənin kadr siyasətinin əsasını təşkil edir. Hal-hazırda müəssisədə 800-ə yaxın əməkdaş çalışır. Bunların sırasında Almaniyadan, Türkiyədən yol mütəxəssisləri də vardır.
Mətbuatda biz
Mənbə: “Businessman” jurnalı
“AZVİRT“-həvalə edilən iş üçün yüksək etimad və məsuliyyət

Mənbə: Ayna.az
AZVİRT MMC 1995-ci ildə yaradılmışdır. Müəssisənin əsas fəaliyyət sahəsi avtomobil yollarının və hava limanlarının.

Sertifikat
Keyfiyyət siyasəti
Keyfiyyət siyasətimiz – xidmət göstərdiyimiz müştərilərimizin, əməkdaşlarımızın fikir və təklifləri də nəzərə alınmaqla büdcəmizi artıraraq, israfçılığa yol vermədən...
 
 
    Copyright @2009 Azvirt